Küçələrə çıxıb, buldozerlərin altına uzanacağıq – Marutyan

“Lazım olsa, küçələrə çıxıb buldozerlərin altına uzanacağıq”.

Globalinfo.az xəbər verir ki, bunu İrəvanın Ağsaqqallar Şurasının üzvü və sabiq meri Hayk Marutyan deyib.

“Necə ki 10-15 il əvvəl, hətta inqilabdan sonra mübarizə aparıb bütün ictimai maraqları qorumağa çalışmışıq, indi də  vətəndaşlarımız üçün eyni şəkildə mübarizə aparacağıq. Heç bir problemimiz yoxdur, lazım gəlsə, küçələrə çıxıb buldozerlərin altında uzanacağıq. Dəyişən sadəcə yaşımızdır, bir az qocalmışıq”, – deyə Marutyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az