Maldiv hakimiyyəti Hindistandan bu il martın 15-dək hərbçilərini adalardan ölkəsindən çıxarmağı xahiş edib.
Globalinfo.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Maldiv Prezident Administrasiyasının dövlət siyasəti üzrə müşaviri Abdulla Nazim bildirib.
“Hindistanlı hərbçilər Maldiv adalarında qala bilməz. Bu, Prezident Mohamed Muizzunun və indiki administrasiyanın siyasətidir”, – deyə A.İbrahim deyib.
Abdulla Nazim nəzərə çatdırıb ki, bu gün iki ölkənin formalaşdırdığı yüksək səviyyəli işçi qrupunun ilk iclası keçirilib və iclasda da bu məsələ müzakirə olunub.
Qeyd edilir ki, hazırda Maldiv adalarında 88 hindistanlı hərbçi var.