Makrona qarşı kütləvi etirazlar: Fransa-İspaniya magistralı bağlandı – VİDEO

Fransada yüzlərlə fermer yolu bağlayaraq hökumətə etiraz edir.

Globalinfo.az xəbər verir ki, fermerlər öz traktorları ilə magistral yolu bağlayaraq avtomobillərin hərəkətinə maneə yaradıblar.

Fermerlər Fransada kənd təsərrüfatı sektorunda daha yaxşı şərtlərin təmin olunmasını və hökumətin bu sahədəki siyasətinin dəyişdirilməsini tələb edirlər. Onlar tələbləri yerinə yetirilənədək nümayişləri davam etdirəcəklərini açıqlayıblar.

Qeyd edək ki, Lanqedok-Roussillon bölgəsindəki Nimes şəhərində toplaşan fermerlər bəzi yerlərdə tonqal yandırmaqla etirazlarını bildiriblər.

Fermerlərin etirazı nəticəsində Fransa ilə İspaniyanı birləşdirən “A9” magistralında avtomobillərin hərəkəti iflic olub.

Əliyar Xəlil,

Globalinfo.az