Fransa qarışdı: Makron ölkəni ona tapşırıb qaçır

Fransada fermerlərin kütləvi etiraz mitinqlərinin davam etdiyi bir zamanda ölkə prezidenti Emmanuel Makronun ardıcıl xarici səfərlərə çıxması ciddi narazılığa səbəb olub.

Globalinfo.az xəbər verir ki, Fransanın “La Liberation” nəşri prezidentin evdəki problemləri yeni baş nazirə həvalə edərək Hindistandan sonra İsveçə səyahət edəcəyini yazıb.

Nəşr qeyd edib ki, vəzifəyə yeni təyin olunan baş nazir Qabriel Attal Milli Assambleyada görüş keçirir, problemlərin həllinə çalışır, lakin bu gərgin vəziyyətdə ölkə prezidenti Hindistana səfər edir. Rəsmilər ondan Fransaya qayıtmasını xahiş etsələr də, buna əhəmiyyət vermir.

Fevralın 1-də isə Emmanuel Makron hər şeyi kənara ataraq Avropa İttifaqının sammitində iştirak etmək üçün Brüsselə yollanacaq.

Ayşən Mustafa
Globalinfo.az