Sülh sazişindən sonra bunlar baş verəcək – Sensasion siyahı açıqlandı

“Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması şərt deyil”.

Bu sözləri Globalinfo.az-a politoloq Qədir Aslan Ermənistan ilə Azərbaycan arasında sülh sazişindən sonra nələrin olacağı haqda danışarkən deyib.

Onun sözlərinə görə, indiki məqamda əsas məsələ diplomatik münasibətlərin qurulmasıdır:

“Prinsip etibarilə iki ölkə nümayəndələrinin görüşü, habelə sülh sənədinin dəyişikliklər edilərək qarşı tərəfə göndərilməsi, diplomatik təmasların qurulduğuna işarədir. Bu həm də sülh müqaviləsinə yaxın olduğumuz deməkdir.

Hesab edirəm, sülh müqaviləsi imzalandıqdan sonra iqtisadi-siyasi münasibətlər qurulmalıdır. Xüsusilə konsulluq, səfirliklərin açılması mümkündür. Bundan başqa, xalqların barışması ədavətin bitməsi üçün ciddi işlər görülməlidir. Media sahəsində nifrət ritorikasının aradan qalxması kimi məsələlər də həllini tapmalıdır.

İki ölkə xalqlarının gələcəkdə yenidən qarşı-qarşıya gəlməməsi üçün mütləq şəkildə yetişən nəslə də nifrət aşılanmamlıdır. Bu istiqamətdə ortaq iş aparılmalı, dərsliklər tərtib edilməlidir”.

Turan Rzayev
Globalinfo.az