Mahmud Abbas və Benyamin Netanyahu da Türkiyəyə gəlir

Fələstin Prezidenti Mahmud Abbas və İsrailin Baş naziri Benyamin Netanyahu gələn həftə üç gün fərqlə Türkiyəyə səfər edəcəklər.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin ofisi məlumat yayıb.

Bir həftə ərzində prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə Fələstin Prezidenti Mahmud Abbas və İsrailin Baş naziri Benyamin Netanyahunu ayrı-ayrılıqda qəbul edəcək.

Tərəflər regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.

Qeyd edək ki, Mahmud Abbas Türkiyəyə iyulun 25-də, Netanyahu isə iyulun 28-də gələcək.