WhatsApp Image 2025 05 20 at 11

Macarıstan parlamenti Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxmaq haqqında qanun layihəsini təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

“Bu qərar İsrailin Baş naziri Benyamin Netanyahunun BCM-nin həbs qərarına zidd olaraq, Macarıstana gəlməsindən qısa müddət sonra elan edib. Ölkənin baş naziri Viktor Orban bildirib ki, məhkəmə prosesi siyasiləşib”, – deyə nəşr əlavə edib.

Qeyd edək ki, hökumətin yekun təsdiqindən sonra Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən ayrılan yeganə Avropa İttifaqı ölkəsi olacaq.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: