Volodimir Zelenski Rusiya ilə razılığa gəlməlidir, əks halda bütün Ukraynanı itirə bilər.
Globalinfo.az “İnterfaks Ukrayna”ya istinadla xəbər verir ki, bu fikirləri Belarus Prezidenti Aleksandr Lukaşenko səsləndirib.
O qeyd edib ki, Rusiya Silahlı Qüvvələri qoşunların irəliləmə tempindən asılı olmayaraq Donbasın bütün ərazisinə nəzarəti ələ keçirəcək. Belarus Prezidenti bu prosesin qaçılmaz olduğunu iddia edib.
O, həmçinin Ukrayna ətrafında yaranmış münaqişənin tezliklə başa çatmasını istədiyini vurğulayıb. Lukaşenkonun sözlərinə görə, müharibənin davam etməsi region üçün ağır nəticələr doğurur və siyasi həll yolu tapılmalıdır.
Tahir Turan
Globalinfo.az