Lukaşenkodan KTMT iclasında Bakı mesajı

“Azərbaycanla Ermənistan arasındakı münaqişənin həlli hər iki tərəf üçün də xeyirli olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Təhlükəsizlik Şuralarının katibləri ilə keçirilən görüşdə deyib.

“Silahlı münaqişələrdən uzaq durmaq lazımdır. Səbir gərəklidir. Problemin həm Azərbaycan, həm də Ermənistan üçün faydalı olacaq şəkildə həll yolunu tapmağa cəhd göstilməlidir”, – Lukaşenko bildirib.

Ayşən Mustafa
Globalinfo.az