Lukaşenkodan Putinə: Bakıda müzakirə etdik, təklifim var!

WhatsApp Image 2024 05 24 at 16.08.33

“Regionumuzun və Qafqazın təhlükəsizliyi üçün çox maraqlı təkliflərim var”.

Globalinfo.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bu ölkəyə səfər edən Rusiya Prezidenti Vladimir Putini qarşılayarkən deyib.

A.Lukaşenko bu təkliflərin Azərbaycana səfəri zamanı ciddi şəkildə müzakirə edildiyini bildirib.

Xatırladaq ki, Aleksandr Lukaşenko 15-18 may tarixlərində Azərbaycanda rəsmi səfərdə olub.

Ayşən Mustafa
Globalinfo.az