“Belarus hava məkanının pozulması hallarını vaxtaşırı qeydə alır”.
Globalinfo.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
O bildirib ki, Belarusun ünvanına qarşı “aqressiv ritorika” müşahidə olunur:
“Ərazi üzərində kəşfiyyat kifayət qədər açıq, demək olar ki, həyasızcasına aparılır: vaxtaşırı müxtəlif təxribatlar və hava məkanının pozulması hallarını qeydə alırıq”.
Belarus lideri qeyd edib ki, Minsk hər zaman vaxtında və adekvat reaksiya verməyə hazır olmalıdır.
Bundan əvvəl Lukaşenko ölkəsinin Rusiya ilə birlikdə bütün çətinliklərin öhdəsindən gəlməyə hazır olduğunu açıqlamışdı.
Əliyar Xəlil
Globalinfo.az