Lukaşenko bu dəfə ona traktor bağışladı – FOTOLAR

Zimbabvedə rəsmi səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenko ölkə Prezidenti Emmerson Mnanqaqvaya traktor hədiyyə edib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Belarusun “Pul Pervoqo” teleqram kanalı yayıb.

Məlumata görə, traktor Zimbabve Prezidentinin şəxsi təsərrüfatında istifadə üçün hədiyyə edilib. Mnanqaqva isə öz növbəsində Lukaşenkoya şir müqəvvası hədiyyə edib.

Xatırladaq ki, Lukaşenko ötən ilin oktyabrında Rusiya Prezidenti Vladimir Putinə də traktor hədiyyə etmişdi.