Livanda ölkə boyu işıqlar söndürüldü – Səbəb

Livanda bütün ölkə ərazisində elektrik enerjisinin verilişi dayandırılıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, buna səbəb ölkənin “Primesouth” enerji şirkətinə borcunun olmasıdır.

Bildirilir ki, şirkət ölkədə yeganə olan Deyr-Ammar və Al-Zahrani elektrik stansiyalarının işini dayandırıb.

Nəticədə xəstəxanalar, yaşayış evləri, dövlət müəssisələri, eləcə də Beyrut hava limanı işıqsız qalıb. Hava limanı hələ ki fəaliyyətini generatorlar vasitəsilə davam etdirir.

“Primesouth”dan verilən məlumata görə, şirkət vəziyyəti nizamlamağa çalışıb və stansiyaları hələ avqustun 11-i söndürmək istəyib.

Lakin Livan rəhbərliyi borcunu ödəməklə bağlı vədlər verdiyindən onlara bir qədər vaxt verib.