aun

Livan Prezidenti Cozef Aun ölkənin silahlı qüvvələrinə İsrailin hücumlarına qarşı dayanmaq əmrini verib.

Globalinfo.az-ın xəbərinə görə, əmr İsrailin Livanın cənubunda keçirdiyi hərbi əməliyyatlarında bələdiyyə işçisinin öldürülməsindən sonra verilib.

Aun silahlı qüvvələrin komandanı ilə görüşdə bildirib ki, ordu Livan torpaqlarını və vətəndaşlarını qorumaq üçün İsrailin azad edilən cənub ərazilərinə sızmaq cəhdlərinin qarşısını almalıdır.

Qeyd edək ki, Livanın cənubunda bələdiyyə binasına hücum zamanı bələdiyyə işçisi həyatını itirib. İsrail Müdafiə Qüvvələri Hizbullah infrastrukturunun məhv edilməsi ilə bağlı əməliyyatın  keçirildiyini təsdiqləyib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: