
Əminə Ərdoğan Ankarada səfərdə olan Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şaranın həyat yoldaşı ilə görüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Görüş prezident iqamətgahında baş tutub.
Lətifə Əl Durubi Suriyaya göstərilən dəstəyə görə Türkiyəyə təşəkkürünü bildirib.
Görüş zamanı humanitar yardım, sosial həmrəylik, qadınların səlahiyyətlərinin artırılması və təhsilin rolu kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Müharibədən ən çox əziyyət çəkən qadın və uşaqlar üçün birlikdə atıla biləcək addımlar müzakirə edilib.
Əliyar Xəlil
Globalinfo.az