Bakıda külək gücləndi, rayonlara yağış yağdı – Faktiki hava

Oktyabrın 19-u saat 17:00-a olan hava proqnozuna əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib.

Bu barədə Globalinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Naxçıvan Muxtar Respublikası, Qazax, Gəncə, Mərkəzi Aran və Balakən, Şəki bölgələrində arabir yağış yağıb.

Şimal-qərb küləyi bəzi rayonlarda, Bakıda və Abşeron yarımadasında 18 m/san-dək güclənib.

***09:54

Oktyabrın 19-u saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub, şimşək çaxıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Düşən yağıntının miqdarı Lənkəranda 10 mm, Lerikdə 9 mm, Ordubadda 7 mm, Neftçalada 5 mm, Astara, Şahbuz, Qax, Biləsuvar, Yardımlı, Quba, Şəki, Sədərək, Naxçıvan, Şərur, Culfa, Gədəbəy, Ağdam, Göygöl, Oğuz, Naftalan, Gəncə, Ceyrançöl, Balakən, Qusar, Xaltan, Tərtər, Mingəçevir, Yevlax, Daşkəsən, Göytəpə, Bərdə, Qəbələ, Zaqatala, Göyçay, İsmayıllı, Zərdab, İmişli, Sabirabad, Cəfərxanda 4 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

Göyçay, Göygöl, Daşkəsən, Naftalan, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Oğuz, Şəki, Qax, Şamaxı, Qusar, Xaltan, Şərur, Gədəbəy, Lerikdə duman müşahidə olunub.