Milli Hidrometeorologiya Xidmətinin senytabrın 9-u saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Xidmətdən Globalinfo.az-a verilən xəbərə görə, bəzi yerlərində yağıntılar intensiv və güclü olub.
Sentyabrın 8-də şimal-qərb küləyi arabir Goranboy, Naftalanda 18 m/s-dək güclənib.
Sentyabrın 8-də 18:00 radələrində Göygöl rayonu ərazisinə diametri 8 mm olan dolu düşüb.
Yağan leysan xarakterli intensiv yağışlar nəticəsində sentyabrın 9-da Qəbələ rayonu ərazisindən keçən Dəmiraparançaydan, Şəki rayonu ərazisindən keçən Damarçın çaydan, Çuxadurmaz, Kişçayından, Zaqatala rayonu ərazisindən keçən Talaçaydan, Samux rayonu ərazisindən axan Qabırrı çaydan, İsmayıllı rayonu ərazisindən axan Göyçay çayından sel keçib.