Leyla və Arzu Əliyevalar AUİB-in yeni binasının açılışında – FOTOLAR

leyla auib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Azərbaycan Uşaqları” İctimai Birliyinin (AUİB) yeni inşa edilmiş binasının açılışını ediblər.

Globalinfo.az xəbər verir ki, Leyla Əliyevanın təşəbbüsü ilə tikilmiş binanın açılışında AUİB-in sədri Kəmalə Ağazadə qonaqlara ictimai birlik və onun nəzdində fəaliyyət göstərən sosial xidmət müəssisəsi olan Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi haqqında məlumat verərək, onları binada yaradılmış şərait ilə tanış edib.

Burada həssas qrupdan olan, məişət zorakılığı qurbanları və kimsəsiz, baxımsız uşaqların effektiv reabilitasiyası və sosial reinteqrasiyasın həyata keçirilməsi, onlara sosial, tibbi, psixoloji, hüquqi, təhsil, peşə bacarıqlarının inkişafı xidmətlərinin göstərilməsi üçün lazimi şərait yaradılıb. Xidmət göstəriləcək benefisiarların sağlamlığı və rahatlığı üçün binada müasir standartlara uyğun 60 çarpayılıq yataq otaqları, mətbəx, yeməkxana, camaşırxana, soyuducu və qida saxlama otaqları, asudə vaxtın təşkili və istirahət otaqları, izolyasiya, tibb, psixoloq otaqları, dərs, musiqi, şahmat, art terapiya bölmələri, kitabxana, təlim/seminar otağı, foto və video studiya, akt zalı və sərgi sahəsi mövcuddur. Həmçinin, həyətyanı sahədə abadlıq işləri aparılaraq ərazi yaşıllaşdırılmış və müxtəlif növ ağaclar əkilmiş, uşaqlar üçün istirahət guşəsi yaradılıb.

Qeyd edilməlidir ki, burada təkcə Uşaq Sığınacağında daimi yaşayan uşaqlarla bərabər gün ərzində təşkilata müraciət edən həssas ailələrindən olan uşaq və yeniyetmələr üçün də müxtəlif xidmətlər təqdim olunacaq, onların peşə və yaradıcılıq imkanları inkişaf etdiriləcək.

Açılış tədbirində Leyla və Arzu Əliyeva AUİB Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin sakinləri ilə görüşüb, onlara hədiyyələr təqdim edib və həmin uşaqlar tərəfindən təkrar emal olunan məmulatlardan hazırlanmış əl işlərindən ibarət “İkinci nəfəs” sərgisi ilə də tanış olub.

a91732f9 005b 43d9 963c b3c1fe1ccff71
66ca8591 f329 4a98 9f9e b70a47e449431
991377a1 ed4a 48cc afa4 8d8eb84747b3
d572e997 8f0b 4263 a661 f5dc2a1a8079
9be0ff6d 6849 49e0 aa07 da5cfaa5c524
db6fe489 7c98 4860 a512 4f31ae475213
b15434f5 e51e 467d 8fdb 0d310ba8df5e1
250f725f 39d9 4c3b 99fe aaa989008f1d1
c8c64eb0 c043 4906 9e35 5f6af86ad1aa1
861988bb b44b 4724 a1d8 f1ce55477b101
0e4953b3 c7f1 4215 99e7 6195ab99eadb1