69a881bc1f21c69a881bc1f21d177265094069a881bc1f21a69a881bc1f21b

Leyla Əliyeva Respublika Pediatriya Mərkəzinin Nərimanov Uşaq Klinik Xəstəxanasını ziyarət edib.

Globalinfo.az xəbər verir ki, ziyarət zamanı Leyla Əliyeva xəstəxanada müxtəlif diaqnozlarla stasionar müalicə alan uşaqların səhhəti ilə maraqlanıb, onların müalicə prosesi və yaradılmış şəraitlə yaxından tanış olub. O, həmçinin azyaşlı pasiyentlər və onların valideynləri ilə görüşərək onlara mənəvi dəstək göstərib, uşaqlara hədiyyələr təqdim edib.

Səhiyyə naziri Teymur Musayev və TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov Leyla Əliyevaya tibb müəssisəsinin fəaliyyəti, göstərilən ixtisaslaşmış tibbi xidmətlər və mövcud maddi-texniki baza barədə ətraflı məlumat verib. Qeyd olunub ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Respublika Pediatriya Mərkəzinin Nərimanov Uşaq Klinik Xəstəxanası ölkədə uşaqlara endokrinologiya və allerqologiya sahələrində stasionar tibbi xidmət göstərən yeganə ixtisaslaşmış müəssisədir.

Müəssisədə müasir tibbi avadanlıqlardan istifadə olunmaqla diaqnostika və müalicə tədbirləri həyata keçirilir, pasiyentlərin sağlamlığının qorunması və bərpası istiqamətində kompleks yanaşma tətbiq olunur.

69a882991f21369a882991f214177265116169a882991f21169a882991f212 69a882992fdac69a882992fdad177265116169a882992fdaa69a882992fdab 69a882996f77969a882996f77a177265116169a882996f77569a882996f777 69a8829904a3e69a8829904a3f177265116169a8829904a3c69a8829904a3d 69a8829917c2769a8829917c28177265116169a8829917c2569a8829917c26 69a8829935bb169a8829935bb2177265116169a8829935baf69a8829935bb0 69a8829941f5c69a8829941f5d177265116169a8829941f5969a8829941f5a

Paylaş: