Lavrov Ermənistanın ABŞ-la birgə təlimləri barədə: “Qəribə görünür”

“Ermənistanın ABŞ-la təlimlərlə bağlı fəaliyyətləri Rusiyada təəssüf doğurur”

Globalinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov sentyabrın 11-20-də keçirilməsi planlaşdırılan Ermənistan-ABŞ hərbi təlimlərinə münasibət bildirərkən deyib.

“İrəvan KTMT çərçivəsində təlimlərdən imtina etdiyi üçün ABŞ-Ermənistan təlimləri qəribə görünür”, – deyə S.Lavrov qeyd edib.

Xatırladaq ki, Ermənistan ABŞ hərbçiləri ilə birlikdə təlimlər keçirməyə hazırlaşır. Rəsmi Moskva məsələ ilə bağlı narahatlığını müxtəlif platformalarda dəfələrlə ifadə edib.

Tamerlan Yayaqan 

Globalinfo.az