Azərbaycanda daha bir partiya özünü buraxıb.
Globalinfo.az xəbər verir ki, Azərbaycan Liberal Partiyası fəaliyyətinə son verdiyi barədə bəyanat yayıb.
Azərbaycan Liberal Partiyası 3 iyun 1995-ci ildə sabiq dövlət katibi professor Lalə Şövkətin rəhbərliyi ilə Bərdə şəhərində təsis konfransında yaradılıb. Təsis konfransında partiyanın nizamnaməsi və proqramı qəbul edilmiş, ali orqanları seçilmişdir. Lalə Şövkət ALP-nin sədri seçilib. 14 avqust 1995-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin kollegiyasının qərarı ilə dövlət qeydiyyatına alınıb. Partiyanın hazırkı sədri Əvəz Temirxandır.
Məlumat üçün bildirək ki, 2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub. Mart ayının əvvəlindən partiyalar özünü buraxmağa başlayıb. Fəaliyyətinə son verən partiyaların sayı 27-ə çatıb. Özünü buraxan partiyalar aşağıdakılardır:
1. Qorqud Partiyası
2. Azərbaycan Kommunist Partiyası
3. Azərbaycan Tərəqqi Partiyası
4. Vahid Azərbaycan Milli Birlik Partiyası
5. Aydınlar Partiyası
6. Müstəqil Xalq Partiyası (MXP)
7. Azərbaycan Milli Demokrat Partiyası (AMDP)
8. Yeni Yol Partiyası
9. Azərbaycan Respublikaçılar Partiyası
10. Müstəqil Azərbaycan Partiyası
11. Azərbaycan Vahid Kommunist Partiyası
12. Azərbaycan Sosial Demokrat Partiyası (ASDP)
13. Azərbaycan Liberal Demokrat Partiyası (ALDP)
14. Milli Vəhdət Partiyası (MVP)
15. Azərbaycan Sosial Rifah Partiyası (ASRP)
16. Azərbaycan Naminə Alyans Partiyası (ANAP)
17. Azərbaycan Təkamül Partiyası
18. Birlik Partiyası
19. Azərbaycan Azad Respublikaçılar Partiyası
20. Milli Konqres Partiyası
21. Vətənpərvərlər Partiyası
22. Vətəndaş Birliyi Partiyası
23. Milli Demokrat-İdrak Partiyası
24. Milli Həmrəylik Partiyası
25. Cümhuriyyət Xalq Partiyası (CXP)
26. Sosial Ədalət Partiyası (SƏP)
27. Azərbaycan Liberal Partiyası (ALP)