Laçında evlər günəş enerjisi ilə təmin edilir – Video

Yenidən qurulan Laçın şəhərində evlərin dam örtüklərinə günəş panelləri quraşdırılıb.

Globalinfo.az xəbər verir ki, Laçın şəhəri amfiteatr formasında yerləşdiyi üçün şəhərin böyük bir qismi günəş şüaları ilə əhatə olunur. Bunu nəzərə alaraq Laçın şəhərində əsaslı təmirə yararlı evlərin dam örtüklərində günəş panelləri quraşdırılıb.