k91

Kürdəmirdə daha bir nəfəri ildırım öldürüb.

Məlumata görə, kənd sakini 1975-ci il təvəllüdlü Baba Habil oğlu Calalovu ildırım vurması nəticəsində həyatını itirib..

X X X

Kürdəmir rayonunun Şıxımlı kəndində bədbəxt hadisə baş verib.

Globalinfo.az bildirir ki, Baku TV-nin məlumatına görə, hadisə sentyabrın 29-da kənd ərazisində qeydə alınıb. Ərazidə çobanlıq edən Ağsu rayonunun Qasımbəyli kənd sakini, 1975-ci il təvəllüdlü Zahir Vahid oğlu Hacalıyevi ildırım vurub.

Hadisə nəticəsində Zahir Hacalıyev həyatını itirib. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar, mərhumun meyiti götürülərək aidiyyəti üzrə təhvil verilib.

Şıxımlı kənd sakini Baba Cəlalov bildirib ki, axşam saatlarında heyvanların sahədən geri qayıtdığını görüblər. Lakin çobanın, atın və itin olmadığını müəyyən etdikdən sonra ərazidə axtarış aparıblar. Nəticədə çobanın və iki qoyunun ildırım vurması nəticəsində öldüyünü görüblər.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

Paylaş: