İsrailin “Channel 12” telekanalının məlumatına görə, pilotlardan biri rusiyalı, digəri isə ukraynalı olub.
***
“Ynet”in məlumatına görə, təyyarədə ekipaj üzvləri arasında zorakılıqla müşayiət olunan gərginlik baş verib.
Bildirilib ki, pilotlar təyyarədə bir-biri ilə əlbəyaxa dava ediblər.
Təyyarə İsrail istiqamətində uçarkən mümkün qanunsuz müdaxiləyə işarə edən qısa kod siqnalı göndərib. İsrail hakimiyyəti əvvəlcə hadisəni qaçırılma kimi qiymətləndirib. Lakin sonradan məlum olub ki, siqnal pilot kabinəsində baş verən zorakılıq hadisəsi ilə əlaqədar verilib.
Təyyarənin Səudiyyə Ərəbistanındakı hava limanlarından birinə endiyi deyilir.
***
Təyyarənin qaçırılma xəbərindən sonra İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları havaya qaldırılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Ynet” yazıb.
Bildirilib ki, çərşənbə günü səhər 27 uşaq da daxil olmaqla 174 sərnişini daşıyan Dubaydan Təl-Əvivə uçan “Flydubai” təyyarəsi qısa müddətə mümkün qaçırma siqnalı ötürüb və İsrail təyyarəni müşayiət etmək üçün qırıcı təyyarələri havaya qaldırıb.
Xəbər yenilənəcək…
***10:41
Dubaydan Təl-Əvivə uçan sərnişin təyyarəsinin qaçırıldığı bildirilir.
Globalinfo.az xəbər verir ki, İsrailin “Ynet” nəşrinin yaydığı məlumata görə, uçuş zamanı təyyarədən fövqəladə vəziyyət siqnalı verilib.
Məlumata əsasən, təyyarənin istiqaməti Səudiyyə Ərəbistanına dəyişdirilib.
Bildirilir ki, təyyarənin göyərtəsində 150-dən çox sərnişin olub.
Hadisə ilə əlaqədar İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katz təcili iclas çağırıblar.
Əliyar Xəlil
Globalinfo.az