diddi

Amerikalı reper P. Diddi (əsl adı Şon Kombs) həbs cəzasını xüsusi imtiyazlarla çəkir.

Globalinfo.az xəbər verir ki, bu barədə “NBC News” məhbuslardan birinə istinadən məlumat yayıb.

Bildirilib ki, Kombsa bir neçə məhbus xidmət göstərir.

“Onlar onun əşyalarını yığışdırır, yemək hazırlayır və masaj edirlər. Bundan əlavə, sənətçi qanunsuz yollarla həbsxanaya gətirilən əşyalardan da istifadə edir. Onun telefon, planşet və bahalı spirtli içkiləri var”, – deyə nəşr yazıb.

Qeyd edək ki, P. Diddi Nyu-Cersidəki federal Fort-Diks həbsxanasında saxlanılır. Mənbələrin məlumatına görə, reper həbsxanadan kənarda öyrəşdiyi rahatlıq səviyyəsini qorumaq üçün ayda minlərlə dollar xərcləyir.

Ötən ilin oktyabr ayının əvvəlində Nyu-York məhkəməsi reperi 4 il 2 ay müddətinə azadlıqdan məhrum edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: