Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib.
Globalinfo.az oxu.az-a istinadən bildirir ki, Diana Bağıyeva özü yerli mediaya açıqlamasında iki-üç gün ərzində Pakistandan ayrılmağı planlaşdırdığını bildirib. Onun Azərbaycana gətirilməsi gözlənilir.
Bununla yanaşı sosial şəbəkənin Pakistan seqmentində Diana Bağıyeva ilə bağlı növbəti fotolar yayılıb.
Həmin fotoları təqdim edirik: