Kürdəmirdə güllənmə: bir nəfər ölüb

Kürdəmir rayonunda ölüm hadisəsi baş verib. İyunun 10-də saat 23 radələrində Kürdəmir rayonu Atakişili kəndində 1977-ci il təvəllüdlü Müşfiq Cümşüd oğlu Məmmədovun odlu silahdan açılan atəşdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Globalinfo.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Əlavə məlumat veriləcəkdir.