Ukraynalı naziri it dişlədi – FOTO

 

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Kiyevdə it hücumuna məruz qalıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə nazir öz sosial şəbəkə hesabında məlumat paylaşıb.

Ayağından yaralandığını bildirən nazir ilkin tibbi yardım zamanı Hindistandan olan bir təcrübəçinin ona kömək etdiyini deyib:

“Köpəklər sevilməlidir, lakin bağlı saxlanılmalıdırlar. Əks halda gəzinti zamanı başqasına hücum edə bilər, eynən mənimki kimi. Həkimlərə kömək üçün təşəkkür edirəm. Yaramın Ukraynada təhsil alan bir hindistanlı təcrübəçi tərəfindən müalicə edilməsi isə simvolik hadisədir”.

Ayşən Mustafa
Globalinfo.az