“Krokus”la bağlı yeni təfərrüat – Basqınçılar işə belə cəlb ediliblər

“Krokus Siti Holl”a hücum edən terrorçuların haradan cəlb olunması ilə bağlı təfərrüatlar açıqlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” nəşri məlumat dərc edib.

Məlumata görə, “Krokus Siti Holl”da terror aktını törədənlər İŞİD terror təşkilatının Əfqanıstan qanadına aid olan və Tacikistanda auditoriya üçün işləyən “Xorasanın səsi” Teleqram kanalı vasitəsilə işə cəlb ediliblər.

“Biz konkret şəxslə bağlı materialları nəzərdən keçirmişik. Bundan başqa, əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilib ki, həmin Teleqram kanalı “Krokus Siti Holl”da terror aktını törədən şəxsləri işə cəlb edib. Bu, “Sadoi Xuroson” (“Xorasanın səsi”) Teleqram kanalıdır”, – deyə məlumatda bildirilir.

Hazırda Əfqanıstanda “Vilayəti Xorasan” terrorçularının nəzarətində olan və İŞİD-in Tacikistan qanadına məxsus müvafiq Teleqram kanalı silinib. Bunun baş vermə səbəbi məlum deyil. Ancaq sözügedən kanal nə Rusiyada, nə də Tacikistanda açılmır.

Əliyar Xəlil
Globalinfo.az