ABŞ Rusiyaya xüsusi məlumatları ötürdü

“ABŞ “Krokus Siti Holl”da baş verən terror hücumu haqda Rusiya kəşfiyyatı ilə məlumat mübadiləsi aparıb”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın Rusiyadakı səfiri Lin Treysi deyib.

Səfir bildirib ki, Vaşintqon hücumla bağlı əlində olan məlumatları Moskvanın müraciətinə əsasən ötürüb:

“İki ölkə arasında ziddiyyətlərə baxmayaraq, təhlükəsizlik üçün vacib olan məlumatlar birbaşa sorğu əsasında verilir. ABŞ Rusiya vətəndaşlarının təhlükəsizlik və ləyaqətli şəkildə yaşamaq hüququna malik olduğuna inanır”.

Ayşən Mustafa
Globalinfo.az