“Krokus”dakı dəhşətli terroru FSB təşkil edib?

Martın 22-də Moskva vilayətində “Krokus Siti Holl”da konsert zalında baş verən terror aktı ətrafında müzakirələr davam edir. “Krokus” terronunun FSB (Federal Təhlükəsizlik Xidməti) tərəfindən törədilməsi haqda söhbətlər intensivləşib.

Maraqlıdır, Rusiyanın belə addım atması realdır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov deyib ki, hər hansı ölkədə baş verən ciddi proseslərə elə onun öz prizmasından yanaşmaq lazımdır:

“Krokus”dakı terrorun arxasında böyük gücün, dəstəyin olduğu istisna edilmir. Sözügedən terrorun Ukrayna ya da digər ölkələr tərəfindən törədilməsi ehtimalını gözardı etməməliyik. Ukrayna tərəfindən törədilməsi versiyası Rusiyada növbəti səfərbərliyə, insanların Putinin ətrafında toplanmasına səbəb olacaq. Bu həm də Ukraynaya qarşı növbəti həmlənin legitimləşməsi deməkdir.

Rəsmi Moskvaya qarşı olan qüvvələr prizmasından yanaşdıqda isə Rusiya daxilində çaxnaşma yaratmağa çalışdıqlarını görürük. Moskvada olan miqrantlara qarşı ölkənin apardığı siyasəti göz önünə gətirirlər. Bununla da Kremlin diqqətini Kiyevdən yayındıraraq, daxili məsələlərə kökləməyə çalışırlar”.

Safura Bənnayeva
Globalinfo.az