“Krokus” terroru: “134 nəfərin şəxsiyyəti müəyyənləşib”

“Krokus Siti Holl”da törədilən terror aktı zamanı həyatını itirənlərdən 134 nəfərin şəxsiyyəti müəyyənləşib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, kimliyi istintaqa məlum olmayan şəxslərin tanınması üçün genetik ekspertiza aparılır.

“Müstəntiqlər zərərçəkmişlərlə də işləyirlər və onlardan cinayətin baş vermə şəraiti ilə bağlı ifadələr alırlar. Müstəntiqlər, kriminoloqlar və ekspertlər gecə-gündüz işləyirlər. Təqsirləndirilən şəxslərin iştirakı ilə hadisə yerində istintaq hərəkətləri aparırlar. Hazırda istintaq terror aktı qurbanlarından yalnız 134 nəfərin şəxsiyyətini müəyyən edə bilib”, – məlumatda deyilir.

Əliyar Xəlil
Globalinfo.az