“Krokus” faciəsi ilə bağlı yeni təfərrüat: Kiyevə qaçmaq istəyiblər

Rusiya İstintaq Komitəsi “Krokus” terroru ilə bağlı yeni təfərrüatları açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Tass” məlumat dərc edib.

Məlumata görə, Rusiya İstintaq Komitəsi hadisəni törədən terrorçuların hücumdan sonra Kiyevə getmək istədiyini müəyyən edib. Eyni zamanda terrorçuların bütün hərəkətlərinə Teleqram vasitəsilə bir naməlum şəxs nəzarət edib.

“Koordinatorun göstərişi ilə terrorçular cinayəti törətdikdən sonra avtomobillə Rusiya-Ukrayna sərhəddini keçmək və vəd olunan mükafatı almaq üçün Kiyevə getmək istəyiblər. Təqsirləndirilən şəxslər ilkin ifadələrində bildiriblər ki, onların həm hazırlıq mərhələsindəki, həm də silahlı hücumdan sonrakı bütün hərəkətləri özünü təxəllüsü ilə təqdim edən şəxs tərəfindən Teleqram vasitəsilə əlaqələndirilib”, – məlumatda deyilir.

Əliyar Xəlil
Globalinfo.az