Krımda güclü partlayış oldu

Krımda kanalizasiya borularından birində güclü partlayış olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Krımın “daxili işlər nazirliyi” məlumat yayıb.

“Dekabrın 8-də saat 17 radələrində Simferopol şəhərinin Qorki küçəsində partlayış baş verib. Polis əməkdaşları hadisə yerinə gediblər. Baxış zamanı binalardan birində kanalizasiya borusunun zədələnməsi aşkar edilib”, – məlumatda vurğulanıb.

Qeyd edək ki, daha öncə Teleqram kanallarında yayılan məlumatda bildirilib ki, notariat kontorunun yaxınlığında naməlum şəxslər kiçik əldəqayırma partlayıcını kanalizasiya borusuna yerləşdirərək onu uzaqdan idarə olunan qurğu vasitəsilə işə salıblar. Partlayıcı maddə kimi təxminən 50 qram ağırlığında pirotexniki qarışıqdan istifadə edilib.