Ermənistan Prezidenti: “Regionda sülh istəyirik”

“Mən şadam ki, illər sonra Ankara ilə dialoqu bərpa edə bildik”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Prezidenti Vaaqn Xaçaturyan İtaliya mətbuatına müsahibəsində deyib.

“Ermənistan qonşuları ilə qonşuluq münasibəti qurmaq istəyir. Buna görə də hökumətimiz Türkiyə ilə əlaqələri bərpa etmək, münasibətləri normallaşdırmaq yolunu izlədi. İrəvan regionda sabit və davamlı sülhə nail olmaq istəyir. Gələcəyə baxmalı və uşaqlarımızı hansı vəziyyətdə qoyub gedəcəyimizə diqqət etməliyik”-deyə, o bildirib.

Ayşən Mustafa
Globalinfo.az