Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya prezidentinin köməkçisi Yuri Uşakov və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla bağlı qalmaqala reaksiya verib.
Globalinfo.az xəbər verir ki, o, bu cür xəbərləri sülh prosesini pozmaq cəhdləri ilə əlaqələndirib.
Peskov belə məlumatların əhəmiyyətini şişirtməməyə çağırıb.
“Müxtəlif ölkələrdə, o cümlədən ABŞ-da bu dinc inkişafı pozmağa çalışacaq çoxlu sayda insan olacaq”, – o bildirib.
Qeyd edək ki, bundan əvvəl “Blumberq” agentliyi Stiv Uitkoff və Yuri Uşakov arasında, eləcə də Uşakov və Rusiya Birbaşa Yatırımlar Fondunun sədri Kiril Dmitriyev arasında oktyabr ayında baş tutmuş telefon danışıqlarının stenoqramını yayıb.
Əliyar Xəlil
Globalinfo.az