
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, seçki kampaniyasının sonuna yaxınlaşdıqca ABŞ-dan çox emosional bəyanatlar eşitdiklərini bildirib.
Peskov Kremlin Trampla Putin arasında danışıqların mətnini açıqlamaq niyyəti olmadığını vurğulayıb.
Qeyd edək ki, Tramp bundan öncə Putinlə görüş zamanı onu təhdid etdiyini və Ukraynadan əl çəkməyəcəyi təqdirdə Moskvanın mərkəzinə zərbə endirəcəyini dediyini iddia etmişdi.
Əliyar Xəlil
Globalinfo.az