“Ermənistan və Azərbaycan MDB çərçivəsində dialoqu davam etdirir”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Onlar MDB çərçivəsində bu və ya digər şəkildə dialoqlarını davam etdirirlər. Rusiya Azərbaycan və Ermənistanın işlərinə qarışmır. MDB ölkələrinin başçıları həmişə bir masa arxasında otururlar”, – deyə Peskov vurğulayıb.
Xatırladaq ki, Moskvada keçirilən MDB sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan qısamüddətli söhbət edib.
Müşviq Tofiqoğlu
Globalinfo.az