Kadırov komadadır, yoxsa ölüb? – Kremldən reaksiya

Kreml Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhəti ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Globalinfo.az verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov Kadırovun sağlamlıq vəziyyəti ilə bağlı arayış vermədiyini, bunun prezident administrasiyasının məsələsi olmadığını söyləyib.

Peskov Çeçenistan rəhbərinin ötən həftəsonu Rusiya Prezidenti Vladimir Putinlə görüşmədiyini də qeyd edib.

Rusiyanın teleqram kanalları Kadırovun səhhətinin pisləşdiyi, hazırda Mərkəzi Klinik xəstəxanada kəskin böyrək çatışmazlığından komaya düşməsi ilə bağlı məlumatlar yayıb.