putin saara

Rusiya Prezidenti Vladimir Putin Suriya prezidenti Əhməd əş-Şaraa ilə görüşəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Əhməd əş-Şaraa Rusiyaya işgüzar səfər çərçivəsində gələcək. Görüşün dəqiq harada keçiriləcəyi açıqlanmır. Danışıqlar zamanı tərəflər Rusiya–Suriya münasibətlərinin müxtəlif sahələr üzrə inkişaf perspektivlərini, həmçinin Yaxın Şərqdəki mövcud vəziyyəti müzakirə edəcəklər.

Bundan əvvəl “Syria TV” telekanalı Əş-Şaraanın yanvarın 28-də Moskvaya səfər edərək Vladimir Putinlə görüşməyi planlaşdırdığını bildirib. Qeyd olunur ki, Suriya lideri daha əvvəl də Rusiya prezidenti ilə görüşüb, onların danışıqları Əş-Şaraanın 2025-ci ilin oktyabrında Moskvaya etdiyi əvvəlki səfər zamanı baş tutub. Həmin görüşün yekununda Suriyanın keçid dövrü prezidenti Dəməşqin Moskva ilə münasibətləri yenidən formatlamaq və bərpa etmək niyyətində olduğunu açıqlayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: