Rusiya Prezidenti Vladimir Putin Kremldə Çeçenistan rəhbəri Ramzan Kadırovla görüş keçirib.
Globalinfo.az “RİA Novosti”yə istinadla xəbər verir ki, görüş zamanı Kadırov “xüsusi hərbi əməliyyat” zonasında prezidentin verdiyi bütün tapşırıqların tam məsuliyyətlə yerinə yetirildiyini bildirib.
Kadırov həmçinin Putinə məlumat verib ki, əməliyyat başlayandan bəri Çeçenistandan “xüsusi hərbi əməliyyat” zonasına 55 mindən çox döyüşçü göndərilib. Onların 20 mindən çoxu könüllülər olub.
Aysel Əliyeva
Globalinfo.az