borduja

“Rumıniya Azərbaycanla strateji tərəfdaşlığı yüksək qiymətləndirir”.

Globalinfo.az xəbər verir ki, bunu Rumıniyanın energetika naziri Sebastiyan İoan Burduja Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 8-ci iclasında deyib.

“Birgə işlər iki ölkə arasında əməkdaşlığa töhfə verir. Bizim də bənzər çağırışlarımız var. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rumıniyanın təbii qaz bazarında əsas oyunçulardan biridir. Ona görə də Rumıniya Azərbaycanla strateji tərəfdaşlığı yüksək qiymətləndirir. Biz münasibətləri dərinləşdirməyə çalışırıq”, – nazir bildirib.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: