carlsz

İngiltərə kralı III Çarlzın ABŞ-da çıxışı dünya mediasında diqqət çəkib.

Globalinfo.az xəbər verir ki, hətta onun sözləri “Trampa tarixi dərs” kimi də adlandırılıb.

Belə ki, Çarlz ABŞ liderinin məşhur “Əgər ABŞ olmasaydı, Avropa alman dilində danışardı” sitatına işarə edərək incə bir zarafatla cavab verib.

Tamaşaçıları güldürən və onlara Britaniyanın Amerika tarixindəki dərin köklü yerini xatırladan Kral belə deyib:

“Cənab Prezident, icazə verin bunu deyim: Əgər biz olmasaydıq, yəqin ki, siz fransız dilində danışardınız”.

Qeyd edək ki, Kral III Çarlz 27 apreldə həyat yoldaşı Kamilla ilə birlikdə ABŞ-a səfər edib.

Səfər ABŞ İstiqlal Bəyannaməsinin 250 illiyi ilə əlaqələndirilir və monarxın taxta çıxmasından sonra ən mühüm xarici səfərlərdən biri hesab olunur.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: