Bakı və İrəvan razıdır: o yol açılacaq – Overçuk

“Regionda kommunikasiya xətlərinin açılması üçün tərəflər arasında razılaşma mətni demək olar ki, hazırdır. Sadəcə, cavab tapılmalı olan 2-3 sual qalıb”. 

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.

“Dəmiryolu açılacaq, suverenliyin pozulması kimi bir təhlükə yoxdur. Tərəflər tez bir zamanda kommunikasiyaların açılmasını istəyirlər. Ola bilər ki, sərhəd nəzarəti Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti tərəfindən aparılsın. Amma bu, Ermənistanın qərarından asılıdır”, – o bildirib.

Qeyd edək ki, regionda nəqliyyat kommunikasiyalarının açılması istiqamətində Azərbaycan, Ermənistan və Rusiya arasında müzakirələr davam etdir.

Ayşən Mustafa
Globalinfo.az