Kolumbiyada azərbaycanlı miqrant xilas edildi

Kolumbiyanın sahil mühafizəsi xidmətinin əməkdaşları ölkənin San-Andres adası sahillərində keçirdikləri əməliyyat zamanı Azərbaycan vətəndaşı olan miqrantı xilas ediblər.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, miqrantlar Azərbaycanla yanaşı, Ekvador, Venesuela və Çilidəndir. Əməliyyat zamanı 2 nəfər saxlanılıb.

San Andres adasının sahil mühafizəsinin regional komandiri Eduardo Solano Prada qanunsuz miqrantların Ekvador, Venesuela, Azərbaycan və Çili vətəndaşları olduğunu təsdiqləyib.

O qeyd edib ki, faktla bağlı iki nəfər saxlanılıb. Orada saxlanılan şəxslərdən birinin daha əvvəl üç dəfə miqrant qaçaqmalçılığına görə yaxalandığını deyib.

Xilas edilən miqrantlar Kolumbiyanın Miqrasiya Xidmətinə təhvil veriləcək.