levon

Xəbər verdiyimiz kimi, Ermənistan parlamentində iqtidar və müxalifət deputatları arasında əlbəyaxa dava olub. 

Globalinfo.az xəbər verir ki, müxalif “Hayastan” fraksiyası ilə hakim “Mülkü müqavilə” fraksiyasından olan deputatlar arasında yaranmış mübahisə zamanı Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlunun davranışı diqqət çəkib.

Deputat Levon Köçəryan dava anında müxalifətin qadın deputatlarının arxasında dayanıb. Hakim fraksiyanın üzvü Hasmik Akopyan həmin anın fotosunu paylaşaraq Köçəryanın qarşıdurmadan kənarda qalmaq üçün gizləndiyini bildirib.

Fotoda həmçinin qadınların mübahisənin baş verdiyi yerlə onun arasına keçərək Köçəryanı sanki müdafiə etdiyi görünür. Akopyan keçmiş prezidentin oğlunun “gizlənməsi”ni tənqid edib. Sözügedən görüntü Ermənistan KİV və sosial şəbəkə seqmentində gündəm olub.

514248366 23932124109780836 2723750246003462084 n

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: