317679

Ermənistan parlamentinin iyulun 8-də keçirilən iclasında iqtidar və müxalifət deputatları arasında şiddətli qarşıdurma yaşanıb.

Globalinfo.az xəbər verir ki, “Hayastan” fraksiyasının üzvü olan Artur Sərkisyanın deputat toxunulmazlığının ləğvi və azadlıqdan məhrum edilməsi məsələsi müzakirə olunub.

Sərkisyan artıq həbsi ilə bağlı qərarın qəbul edildiyindən əmin olduğunu və zalda qalmağı mənasız hesab etdiyini bildirib. Beləliklə qalan zamanı ailəsi ilə keçirəcəyini deyərək iclas məkanını tərk edib. Onun çıxışından sonra zalda müxalifət və iqtidar deputatları arasında mübahisə yaranıb, gərginlik artıb və əlbəyaxa dava olub. Nəticədə ortalığı sakitləşdirmək üçün Ermənistan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları zala daxil olaraq deputatları ayırmağa çalışıblar.

“Hayastan” fraksiyasının üzvü Kristine Vardanyan hakim “Mülkü müqavilə” fraksiyasının üzvü Vahe Qalumyanın Sərkisyanın arxasınca qaçaraq onu vurduğunu və mübahisənin buna görə başladığını deyib.

Görüntüləri təqdim edirik:

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: