Toivo Klaar qondarma rejimin ərazisinə buraxılmadı

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Abxaziyaya daxil olmasına icazə verilməyib. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Jam Nyus” portalı məlumat yayıb.

T.Klaar 2024-cü ilin ilk ayında Abxaziyaya səfər planlaşdırsa da, bunun təxirə salındığını deyib.

“Mandatım çərçivəsində səfərə hazırlaşırdım. Təəssüf ki, oradakı həmsöhbətlərimiz mənə bunun mümkün olmadığını bildirdilər. Bu, son 6 ayda ikinci imtinadır. Abxaziya ilə əlaqə yollarının bağlanması heç kimin maraqlarına uyğun deyil. Rusiya-Ukrayna müharibəsinə görə Abxaziyaya gediş-gəlişə problem yaradılmamalıdır”, – T.Klaar bildirib.

Ayşən Mustafa
Globalinfo.az