Kiyevə raket zərbəsi nəticəsində yaponiyalı jurnalist yaralandı – FOTO / VİDEO

Rusiya ordusu bu gün səhər saatlarından etibarən Ukraynanın bir sıra şəhərlərinə, eləcə də paytaxt Kiyevə raket zərbələri endirib.

Globalinfo.az-ın UNİAN-a istinadən verdiyi xəbərə görə, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.

Vitali Kliçko hücum zamanı yaponiyalı jurnalistin yaralandığını bildirib.

Yaponiyanın “The Asahi Shimbun” qəzetinin müxbiri Vataru Sekita Kiyevdə raket zərbələrinin endirildiyi mehmanxanaların birində olub. O, xəstəxanaya yerləşdirilib, lazımi tibbi yardım göstərilib.

Ümumilikdə təkcə Kiyevdə bu gün səkkiz nəfər mülki şəxs xəsarət alıb.