Kim Çen İnin bacısı ABŞ-ı hədələdi

 

KXDR lideri Kim Çen İnin bacısı, Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin (MK) sədr müavini Kim Yo Çjon ABŞ-ın hərəkətlərinə cavab olaraq Şimali Koreyanın Sakit Okeana raket atışlarını intensivləşdirə biləcəyini bildirib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, onun sözlərini KXDR Mərkəzi Teleqraf Agentliyi (STAK) sitat gətirib.

O qeyd edib ki, Koreya yarımadasında ABŞ-ın strateji zərbə silahlarının hərəkəti intensivləşib. Pxenyan onların KXDR-in təhlükəsizliyinə təsirini nəzərə alır və müvafiq cavab tədbirləri görəcək.

“Sakit okeandan sınaq meydanımız kimi istifadə tezliyi Amerika qoşunlarının hərəkətlərinin xarakterindən asılıdır”, – o deyib.

Qeyd edək ki, Pxenyan bazar ertəsi Yapon dənizinə ballistik raket atıb. Raket dənizə düşüb.

Bu arada, Yaponiya Sahil Mühafizəsi KXDR-dən daha iki ballistik raketin buraxıla biləcəyi ilə bağlı xəbərdarlıq edib.